Ermənistan

Qarabağdan qaçan Babayanın kaseti yayıldı - Ermənistan bunu müzakirə edir

17 Oktyabr 2023 18:07
Baxış: 2 357
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarabağdan antiterror tədbirlərindən sonra Ermənistana qaçan separatçıların "başçılarından" Samvel Babayanın kaseti yayılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, kaset Babayanın bir qızla intim söhbətindən ibarətdir.

Bu səs yazısı sürətlə Erməmistan mediasında və sosial şəbəkələrin erməni seqmentində tirajlanıb. Babayan bunu montaj adlandırsa da, səs yazısını yayan "nyuspress.am" saytının rəhbəri Ariana Hovsepyan real olduğunu deyir. A.Hovsepyan bildirib ki, səs yazısı yayılandan sonra Babayan ona zəng edib və təhqir edib.

Babayanın intim kasetinin yayılması Ermənistanda keçmiş "Qarabağ klanı" daxilində qarşıdurmanın tərkib hissəsi kimi qiymətləndirilir. Separatçıların qandallanaraq Bakıya gətirilməsindən sonra Paşinyana yaxınlığı ilə tanınan Babayan önə çıxmaq və klanı ələ almaq niyyətindədir. Lakin Koçaryan-Sarkisyan cütlüyü və onlara bağlı qruplar buna mane olmağa çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory