Ermənistan

“Rusiya xüsusi təyinatlıları Paşinyanı devirmək üçün İrəvandadır” - Sergey Veryovkin

22 Sentyabr 2023 14:47
Baxış: 3 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya xüsusi təyinatlıları Paşinyanı devirmək üçün İrəvana gəliblər".

Milli.Az xəbər verir ki, bunu haqqin.az-a müsahibəsində rusiyalı politoloq Sergey Veryovkin deyib.

Verevkin iddia edir ki, Moskva Ermənistana xüsusi təyinatlı dəstə yerləşdirib və İrəvanda çevriliş hazırlayır. 

"Meydandakı izdiham Ermənistanın baş nazirini devirməyə qadir deyil, amma Rusiya xüsusi təyinatlıları bunu edə bilər. Paşinyan bütün bunları görür və artıq yardım üçün ABŞ-a müraciət edib. İndi ABŞ-ın reaksiyasını gözləməliyik. Vaşinqton Rusiyaya Ermənistanın baş nazirini devirməyə icazə verəcəkmi?" - Veryovkin bildirib.

Rusiyalı politoloqun fikrincə, Ermənistan ermənilərin dövlətçiliyinin gələcəyinin asılı olduğu dilemma qarşısındadır: "Büdcəsi 80% Rusiyadan asılıdır, silahları tamamilə ruslarındır, strateji müəssisələri Rusiya şirkətlərinin aktivlərindədir. Ola bilər ki, Paşinyanı devirmək cəhdi olsun. Amma onu Köçəryan-Sarkisyanın rəhbərliyi altındakı marjinal müxalifət yox, Rusiya xüsusi təyinatlıları uzaqlaşdıra bilər". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.