Ermənistan

Yeni mövqelər itirdik, Azərbaycan addım-addım... - Qeqamyan

12 Aprel 2023 16:02
Baxış: 2 238
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Müdafiə Nazirliyi mövqe itkisinin olmadığını desə də, əslində mövqeləri 10 gün öncə - Azərbaycan ordusu Tex kəndinin bir hissəsinə nəzarət edəndə olmuşdu və bunun nəticəsidir ki, dünən baş verən döyüşlərdə ağır itkilər verdik.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə türkoloq Varujan Qeqamyan deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun hazırda dayandığı yüksəkliklər Tex kəndinə və bitişik ərazilərə nəzarət imkanı verir.

"Azərbayca Zəngəzuru addım-addım, tədricən nəzarətə keçirir. Dünən baş verən döyüşlər göstərdi ki, Ermənistan hakimiyyəti ölkəni qoruya bilmir. Nəticədə biz yeni mövqelər itirdik, yeni itkilər verdik. Tex kəndi və bitiş ərazilərdə artıq yaşamaq mümkün deyil, insanlar oradan köçmək haqda düşünür" - o bildirib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi dünənki döyüşlərdə verdikləri itkilərin sayını gizlədir, o cümlədən, mövqe itirmədiklərini bildirir. Lakin erməni mediası və ekspert cameəsi bunun əksini deyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.