Ermənistan
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa İnsan Hüquqları Məhkəməsi erməni müxalifətçilərin işinə baxmağa başlayır
11 May 2010 09:53
Baxış: 287
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AİHM iddiaçılardan Ermənistan parlamentinin deputatları Miasnik Malxasyan və Akop Akopyanın həbsi ilə bağlı əlavə materiallar istəyib. Həmin materiallar əsasında Ermənistan hökumətinə yol verilmiş qanunsuzluqlarla bağlı sorğu göndəriləcək.
Miasnik Malxasyan və Akop Akopyan 2008-ci il martın əvvəllərində hakimiyyətin ələ keçirilməsinə cəhd və kütləvi iğtişaşların təşkili ittihamları ilə həbs ediliblər. Onlar 9 ay həbsdə qalıblar. Vəkil Melanya Arustamyanın sözlərinə görə, deputatların azadlıq hüququ pozulub. Belə ki, istintaq orqanı və məhkəmə onların həbs müddətinin uzadılması ilə bağlı qərarı əsaslandırmayıb: "İstintaq orqanı yalnız diqtə edib, məhkəmələr isə detallara varmadan standart qərarlar qəbul ediblər". Vəkil bildirir ki, müdafiə etdiyi şəxslərə qarşı vəhşicəsinə davranılıb. AİHM-ə göndərilən şikayətlərdə həmçinin müxalifətçilərin ədalətli mühakimə hüququnun pozulduğu da qeyd edilir.
Erməni Milli Konqresinin hüquqi dəstək mərkəzindən bildirilib ki, 1 mart 2008-ci il hadisələrində həbs edilən bütün müxalifətçilərin işləri ilə bağlı şikayətlər AİHM-ə göndərilib.
Xatırladaq ki, 2008-ci il fevralın 19-da Ermənistanda prezident seçkiləri keçirilib. Seçkilərdə hazırkı prezident Serj Sarkisyan qalib elan edilib. Müxalifətin lideri, eks-prezident Levon Ter-Petrosyan isə tərəfdarları ilə birlikdə fasiləsiz aksiyalar təşkil edib. Müxalifətçilər 10 gün "Azadlıq" meydanını tərk eməyiblər. Lakin martın 1-i səhər saatlarında polis əməkdaşları dəyənəklərdən istifadə etməklə müxalifətçiləri meydandan qovub. Rəsmi Yerevanın bu addımı sonrakı qanlı hadisələrin əsasını qoyub. Bir qədər sonra müxalifətçilər Fransa səfirliyinin yaxınlığındakı meydana toplaşıblar. Axşam isə Yerevana qoşun hissələri yeridilib. Müxalifət tərəfdarları ilə ordu arasında qarşıdurma yaranıb. Nəticədə 10 nəfər ölüb, 200-dən artıq adam yaralanıb. Müxalifət liderlərinin əksəriyyəti, o cümlədən, deputatlar Akop Akopyan, Miasnik Malxasyan, Sasun Mikaelyan, eləcə də keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan, baş prokurorun sabiq müavini Qaqik Canqiryan həbs ediliblər. Levon Ter-Petrosyanın tərəfdarları - deputat və sahibkar Xaçatur Sukiasyan, "Aykakan jamanak" qəzetinin redaktoru Nikol Paşinyan barəsində axtarış elan edilib. Sonralar prezident Serj Sarkisyan tərəfindən elan edilmiş amnistiya nəticəsində müxalifətçilərin bir qrupu həbsdən buraxılıb.
ANS PRESS

DİGƏR XƏBƏRLƏR
-
Paşinyan xalqa müraciət edəcək: Yeni Konstitusiya hazırdır
-
“Azərbaycanla sülh müqaviləsi bir neçə gün ərzində imzalana bilər” - Simonyan
-
Ermənistanda dövlət qulluqçularına sosial paket verilməsi dayandırılır
-
Baqrat Qalstanyanın ev dustaqlığı uzadıldı
-
"Azərbaycanla daimi sülh üçün çox real şansımız var"
-
Ermənistan XİN dünyanı necə aldadır? – İfşa olundu
XƏBƏR LENTİ
-
Payızın 5 ətri: Vuranda hamı adını soruşacaq
-
Qaşlar yalnız gözəllik üçün deyil: Bu funksiyaları varmış
-
Piyada gəzməyin faydası
-
Nə daş kimi bərk, nə də şorba kimi sulu: İdeal südlü aş resepti
-
Yatmazdan əvvəl spirtli içki içmək faydalıdır, yoxsa zərərli?
-
Günün qoroskopu: Sosial ünsiyyətdə açıq və səmimi olun
-
Axşamı ailə ilə birlikdə necə əyləncəli keçirmək olar?
-
Telefonu güzgü qarşısına və hamama qoymayın: Radiasiyanı iki dəfə artırır
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
Tullantıdan sənət əsərləri yaradır - (Video)
-
Xaçmaz-Quba yolunda qəza - altı nəfər yaralandı
-
“Liverpul” “Mançester Yunayted”i darmadağın edib
-
İtaliya XİN rəhbərinin Azərbaycana rəsmi səfəri başlayıb
-
Qazax sakini Kürdə batdı
-
Elton Hüseynəliyevin qızı İngiltərədə yaşayır
-
Şəhid qardaşı ilə şəhid bacısı ailə qurdu - (Foto)
-
Premyer Liqada yeni tamaşaçı rekordu
-
"Barselona" "Vilyarreal"ı məğlub edib
-
Sabah Xəzər rayonunda qaz olmayacaq
-
Sevdiyini heç vaxt unutmayan 5 bürc
-
Mayli Sayrus ailə qurdu
-
Gimnastlarımız Özbəkistanda keçirilən beynəlxalq turnirdə 10 medal qazanıblar - (Foto)
-
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - (Foto/Video)
-
İcra başçısı bazarda satıcıya: "Haqqınızı halal edin" - (Video)