Ermənistan

Müsəlman uşağa İrəvanda torpaq yedirtdilər

5 Fevral 2022 12:24
Baxış: 2 371
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrəvandakı uşaq bağçasında yaşanan zorakılıq faktı sosial şəbəkələrdə geniş rezonans doğurub. Belə ki, bağçada pakistanlı qızı zorakılığa məruz qalıb, torpaq və nəcis yeməyə məcbur edilib. Zorakılıq barədə polisə məlumat daxil olduqdan sonra polis hərəkətə keçib.

Milli.Az xəbər verir ki, "Novosti-Armeniya" agentliyinə polisin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin rəis müavini Edqar Canoyan fakı təsdiqləyib. "Polisə belə bir siqnal daxil olub, hazırda vəziyyət aydınlaşdırılır, materiallar hazırlanır", - Canoyan bildirib.

Bundan əvvəl Aravot.am qəzeti məlumat vermişdi ki, yanvarın 31-də 2019-cu ilin martından 2021-ci il oktyabrın 14-dək İrəvandakı uşaq bağçalarından birinə gələn pakistanlı qızın atası dayə və müəllimlər tərəfindən uşağının zorakılığa məruz qalması barədə məlumat daxil olub. Həmin mənbənin məlumatına görə, qıza cinsi zorakılıq edilib, əlləri və boynu kəndirlə bağlanıb, sinəsi isti dəmir oyuncaqla yandırılıb, torpaq, ot, nəcis yeməyə məcbur edilib.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.