Amerika

Bayden BMT-də ABŞ-ı rəzil etdi - Senator

23 Sentyabr 2021 11:00
0 Şərh     Baxış: 1 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Co Baydenin BMT kürsüsündə çıxışı sonsuz təslimiyyət siyasətinin göstəricisidir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Foks TV aparıcısı Laura İnqraham deyib.

O, Ağ Ev rəhbərinin çıxışını zövqsüz və qlobalçı adlandırıb:

"Baydenin kürsüdəki sözləri amerikalıların maddi və sosial durumları ilə ziddiyyət təşkil edir. COVİD-19-dan yüksək ölüm faizi, Meksika sərhədində miqrasiya böhranı, inflasiya və işsizlikdən dolayı birbaşa Bayden məsuliyyət daşıyır".

L.İnqrahamın verilişinə qatılan senator Tom Kotton da Baydenin çıxışından məmnun olmadığını ifadə edib.

O, Baydenin xüsusən Soyuq müharibə ilə bağlı nitqinin ABŞ-ı beynəlxalq ictimaiyyət qarşısında rüsvay etdiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.