Amerika

Ronaldo ilə bağlı qərar liqasına 2,4 milyardlıq zərbə vurdu

7 Fevral 2026 12:23
Baxış: 372
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-in "FOX Sports" telekanalı Kriştiano Ronaldonun formasını geyindiyi "Əl-Nəsr"in oyunlarına qarşı boykot fonunda Səudiyyə Ərəbistanı futbol çempionatının yayımını dayandırmaq qərarı verib.

Milli.Az xəbər verir ki, liqanın qlobal media və kommersiya layihələri artıq 2,4 milyard dollar zərərə düşüb. "FOX Sports" bu qərarla Səudiyyə Ərəbistanı çempionatından imtina edən ilk iri beynəlxalq televiziya şirkəti olub.

Qeyd edək ki, Ronaldo son iki oyunda meydana çıxmayıb. Onun narazılığı Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun transfer siyasəti ilə bağlıdır. Futbolçu "Əl-Nəsr"ə ayrılan büdcənin azaldılmasını, "Əl-Hilal"a üstünlük verilməsini və klub rəhbərliyindəki dəyişiklikləri ədalətsiz hesab edir. Ronaldo mövsümün sonunda komandadan ayrıla biləcəyini də istisna etmir.

Hazırda 49 xalı olan "Əl-Nəsr" turnir cədvəlində lider "Əl-Hilal"dan cəmi 1 xal geri qalır.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.