Amerika

"Mikki Maus" ictimai mülkiyyətə çevriləcək

29 Dekabr 2023 08:32
Baxış: 2 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Disney" personajı "Mickey Mous" 1 yanvar 2024-cü il tarixindən ictimai mülkiyyətə çevriləcək.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Times" qəzeti yazır .

Nəşrin məlumatına görə, dünyanın hər yerindən rejissorlar, ssenaristlər və rəssamlar "Mikki Maus" obrazından pulsuz istifadə edə biləcəklər. Ancaq bu, yalnız 1928-ci ildə "Steamboat Willie" qısametrajlı filmində ağ və qara rəngdə təqdim olunan personajın ilk versiyasına aiddir.

"Disneyin" təzyiqi ilə bir neçə dəfə dəyişdirilən və hətta "Mikki Mausun Mühafizəsi Aktı" ləqəbi ilə tanınan ABŞ-ın müəllif hüquqları qanununa əsasən, personajın monopoliyası 95 il saxlanıla bilər. Lakin bu müddət tezliklə başa çatacaq.

Həmçinin bu yaxınlarda məlum olub ki, çinlilər "Mikki Maus" kimi qulaqları olsun deyə, ev heyvanlarını plastik əməliyyata göndərirlər . Beləliklə, Chongqing şəhərindəki bir klinika pişiklər və itlər üçün "Mickey qulaqları" reklam edib. Əməliyyat üçün 300 yuan, yəni 73 manata yaxın pul istənilib.

Sahibinin bu məbləği onun transformasiyasına xərcləməyə razı olan heyvan əvvəlcə anesteziya tələb edən və təxminən yarım saat davam edən toxuma çıxarılması əməliyyatından keçməli olacaq. Sonra cərrahlar yeni qabığın formalaşdırılması üzərində işləyəcəklər ki, bu da 20-60 günə qədər davam edə bilər. Ev heyvanının qulaqları hər zaman dik vəziyyətdə qalmalıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.