Amerika

Məhkəmədən Trampla bağlı QƏRAR: seçkilərdə iştirak edə biləcək?

28 Dekabr 2023 06:52
Baxış: 3 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Miçiqan Ali Məhkəməsi 14-cü düzəliş əsasında ABŞ-ın keçmiş prezidenti Donald Trampı 2024-cü il seçki bülletenindən kənarlaşdırmaqdan imtina edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN nəşri məlumat yayıb.

Məlumata görə, düzəliş dövlətə qarşı üsyan və ya üsyanda iştirak edən keçmiş hökumət rəsmilərinin Nümayəndələr Palatasının və Senatın təsdiqi olmadan seçilməsini qadağan edir.

Qeyd olunur ki, Miçiqan ştatında məhkəmə iddiası sentyabrda bir qrup seçici adından "Free Speech For People" hüquq müdafiə təşkilatı tərəfindən qaldırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.