İslam Kərimovun vəsiyyəti üzə çıxdı: "Mən ölsəm..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Özbəkistanın mərhum prezidenti İslam Kərimov xalqına son sözlərini poeziya dili ilə deyib:
Ölsəm, cənazəmdə bülbül oxusun,
Qəmli nəğməsiylə məndən danışsın.
Allaha dualar edin həmin gün,
Salavat gətirin, qoy ərşə çatsın.
Ölsəm... Bədənimi buz ilə yuyun,
Dərd ilə yanıbdır bədənim mənim.
Köksümün başına bir az buz qoyun,
Alışıb-yanmasın kəfənim mənim.
Biçin kəfənimi, buluddan biçin,
Yanan məzarıma yağışlar yağsın.
Qəbrimi gen qazın, bir az gen tikin,
Qəbrə həm dərdim, həm cəbrim sığsın.
Ölsəm... Çinar əkin qəbrimin üstə,
Kölgəsi rahatlıq versin gələnə.
Quran oxuyaraq sakit, ahəstə,
Dualar eyləyin Qədir Bilənə.
Böyük eləməyin məzar daşımı,
Üstünə Qurandan ayə nəqş edin.
Yazmayın o daşa doğum yaşımı,
Deyin ki, bir uzaq səfərə gedib.
Ölsəm, ayaq yandan sağ tərəfimdə,
Cəmi dörd nəfərlik bir kətil qoyun.
Darıxıb gələndə, məzarım üstə
Çiçək gətirməyin, xoş sözlər deyin.
Sağımda dayanın ayaq tərəfdən,
Təki görsün sizi həsrət gözlərim.
Ölüm haqdır, bundan heç sıxılmayın,
Mən sizi çox sevdim oğul-qızlarım.
Tez-tez xəbər bilin...
Gözüm yollarda...
Baxacaq, sizi gözləyəcəyəm.
Çünki elim üçün yandım dünyada,
Göylərdən mən sizi izləyəcəyəm.
Gələcək nəslə danışın məndən,
Pisimi, yaxşımı olduğu kimi.
Deyin ki, nigaran getdi elindən,
Həmişə sızladı qəlbinin simi.
Məndən miras qalan tək-tük şeirimi,
Mən öləndən sonra xalqım oxusun.
Bilirəm, olacaq dillər əzbəri,
İstərdim oxuyan məğzini duysun..
Ölsəm, sıxılmayın, vuqarlı durun,
İstərəm dualar eləsin elim.
Kimsə söyləsə ki, borcum var ona,
Geri qaytarmayın uzanan əli.
Bir də... Ölsəm, bir olun,
mehriban yaşayın hər vaxt.
Siz örnək götürün mənim səbrimdən.
...Ölsəm, cənazəmdə bülbül oxusun,
Ucalsın göylərə nəğmə qəbrimdən. (publika.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Vüqar Hüseynov vəzifəsindən azad edildi
-
Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı
-
Səxavət Məmmədzadəyə vəzifə verildi
-
İcra başçısının oğlu yüksək vəzifəyə gətirildi
-
4 minə yaxın vətəndaşımızın taleyi hələ məlum deyil - Hikmət Hacıyev
-
Hikmət Hacıyev: "Avropa Parlamentinin qərarı diplomatik rüsvayçılıqdır"
-
Kürdəmirdə sel suları evlərə doldu - ŞİKAYƏT
-
8 nəfər 300 bal TOPLADI
-
Ceyhun Bayramov və Abbas Əraqçi arasında telefon danışığı oldu
-
Buraxılış imtahanının nəticələri elan EDİLDİ
-
Birinci-vitse prezident Mehriban Əliyeva İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışı ilə bağlı video paylaşıb - VİDEO
-
İslam Səfərli küçəsi indi belə görünür - FOTOlar
-
Türkiyədən diplomatik mesaj
-
Asqırarkən etdiyi səhv ona baha başa gəldi
-
Bakıda məşhur restoranın qazı borca görə KƏSİLDİ
-
Azərbaycanda pul verib əsgər getməmək mümkün OLACAQ?
-
Trampla bağlı iddialar artır
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər - FOTO
-
İranla ABŞ arasındakı gərginlik BİTDİ?
-
Paytaxtda əməliyyat: “Bank əməkdaşları” saxlanıldı
-
"Avropa Parlamenti və korrupsiya sözləri sinonim kimi qəbul edilməyə başlayıb"
-
Azərbaycanda ən populyar sosial şəbəkə açıqlandı
-
Mumiyanın qarnından çıxanlar hər kəsi şoka saldı - Görün nələr TAPILDI
-
"Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması haqlı qərardır"





