20:39
Milli.Az bildirir ki, yarımfinala çıxan boksçumuz Teymur Məmmədov Rusiyadan Pavel Silyaginlə döyüşüb və 3:0 hesabı ilə qalib gələrək finala yüksəlib.
----------
20:01
Azərbaycan boksçusu Tayfur Əliyev Avropa Oyunlarının boks yarışlarının bürünc medalını qazanıb.
Trend xəbər verir ki, bu gün Bakı-2015 birinci Avropa Oyunlarında boks yarışlarında mübarizə aparan idmançılar arasında yarımfinal görüşləri keçirilir.
Kristal Zalda baş tutan yarışlarda Azərbaycan təmsilçilərindən yarımfinal döyüşünə ilk olaraq yarım-yüngül çəkidəki (56 kq) bokçumuz T.Əliyev çıxıb. O, rinqdə Rusiya təmsilçisi Baxtovar Nazirov ilə münasibətlərə aydınlıq gətirib.
Görüşün ilk raundunda Tayfur rəqibi ilə bərabər səviyyədə döyüşsə də, hakimlər üstünlüyü Rusiya boksçusuna veriblər. İkinci raundda da daha çox zərbə endirən tərəf təmsilçimiz olduğu halda, hakimlər yenə raundu cüzi fərqlə Rusiya idmançısının aktivinə yazıblar. Boksçumuz həlledici, üçüncü raundda da rəqibinin başına ardıcıl zərbələr endirib və raundu öz xeyrinə başa vurub. Lakin hakimlərin məntiqsiz rəyi nəticəsində T.Əliyev məğlub elan edilib. Beləliklə, o, Avropa Oyunlarında mübarizəni yarımfinalda dayandırmalı və yalnız bürünc medalla kifayətlənməli olub.
Xatırladaq ki, bu gün rinqə daha bir təmsilçimiz çıxaraq finala vəsiqə uğrunda mübazirə aparacaq. Yarım-ağır çəkidəki (81 kq) boksçumuz, dünya və Avropa çempionatlarının mükafatçısı Teymur Məmmədov finala vəsiqə əldə etmək üçün saat 20:15-də Rusiya idmançısı Pavel Silyaginlə üz-üzə gələcək.
Qeyd edək ki, sonrakı günlərdə Azərbaycan yığma komandasının daha 8 üzvü Avropa Oyunlarının boks yarışlarının yarımfinalında döyüşə çıxacaqlar. Qadın boksçularımızdan Yana Alekseyevna (57-60 kq) və Anna Əlimərdanova (51-54 kq), kişi təmsilçilərimizdən isə Xaybula Musalov (75 kq), Kollazo Sotomayor (64 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (56 kq), Abdulkadır Abdullayev (91 kq) və Elvin Məmişzadə (52 kq) finala vəsiqə əldə etmək üçün mübarizəni davam etdirirlər.
---------
13:52
Milli.Az bildirir ki, 1/4 finalda Xaybula Musalov Belarusdan Vitali Bandarenka ilə üzləşib. Görüş Musalovun 3-0 hesablı qələbəsi ilə bitib. Boksçumuz yarımfinalda!
---------
12:45
Milli.Az bildirir ki, Yana Alekseyevna 1/4 finalda Rusiyadan Zinaida Dobrınina ilə rinqə çıxıb. Görüş Yananın 3-0 hesablı qələbəsi ilə bitib. Boksçumuz yarımfinalda!
-------
12:25
Milli.Az Bakı-2015-in rəsmi saytına istinadən bildirir ki, Avropa Oyunlarının 13-cü günündə Bakı Kristal Zalında qadınlar və kişilər arasında boks yarışları davam edir.
Yarış cədvəli belədir:
12:30 Qadınlar arasında Yüngül Çəki (57 - 60kq) 1/4 Final
13:00 * Kişilər arasında Orta Çəki (75kq) 1/4 Final
14:00 * Kişilər arasında Ağır Çəki (91kq) 1/4 Final
18:00 Qadınlar arasında Yüngülvari Çəki (48 - 51kq) Yarımfinal
18:30 Qadınlar arasında Orta Çəki (69 - 75kq) Yarımfinal
19:00 Kişilər arasında Ən Yüngülvari Çəki (46 - 49kq) Yarımfinal
19:30 Kişilər arasında Yarım-yüngül Çəki (56kq) Yarımfinal
20:00 Kişilər arasında Yarım-ağır Çəki (81kq) Yarımfinal
Qadınlar arasında yüngül çəkidə (57 - 60 kq) 1/4 finalda Azərbaycanı təmsil edən Yana Alekseyevna Rusiyadan Zinaida Dobrınina ilə rinqə çıxacaq. Görüş 12:30-da başlanır.
Kişilər arasında 75 kq çəki dərəcəsində 1/4 finalda Xaybula Musalov 13:30-da Belarusdan Vitali Bandarenka ilə üzləşəcək.
Kişilər arasında 56 kq çəki dərəcəsində yarımfinal görüşündə Tayfur Əliyev Rusiya təmsilçisi Baxtovar Nazirovla rinqə çıxacaq. Görüş 19:30-da başlanır.
Yarımfinala çıxan daha bir boksçumuz Teymur Məmmədov 20:15-də Rusiyadan Pavel Silyaginlə döyüşəcək.
İdmançılarımıza uğurlar arzulayırıq!
Milli.Az
-----------
23:20
Foto: Ülviyyə





