"Real Madrid"in müdafiəçisi Antonio Rüdiger "Atletiko Madrid"lə matçda zədələnib.
Milli.Az xəbər verir ki, almaniyalı futbolçunun İspaniya Superkubokunun finalında "Barselona"ya qarşı oyunda meydana çıxması demək olar ki, mümkünsüzdür.
Bundan əlavə, "kral klubu"nun heyətində Rodriqo və Raul Asensionun da həlledici görüşdə iştirak edib-etməyəcəyi sual altındadır.
Bununla yanaşı, Madrid təmsilçisi üçün sevindirici xəbər də var. Kilian Mbappenin "Barselona" ilə matçda komandaya qayıdacağı gözlənilir. (Offsideplus.az)
Milli.Az





