İran

Xamenei: İrandakı etirazçılar Trampın "işinə yarımağa" çalışır

9 Yanvar 2026 21:05
Baxış: 615
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xamenei İrandakı etirazçıların Trampın işinə yarımağa çalışdıqlarını bəyan edib
İranın ali rəhbəri Əli Xamenei cümə günü bəyan edib ki, paytaxt Tehranda və ölkənin digər şəhərlərində etiraz aksiyasına çıxanların bəziləri ABŞ Prezidenti Donald Trampın "işinə yarımağa" çalışırlar.

Milli.Az report-a istinadən xəbər verir ki, Xamenei bu barədə özünün "X" hesabında yazıb.

"Dünən axşam Tehranda və bir sıra şəhərlərdə dağıdıcılığa meyilli insanlardan ibarət qrup ABŞ Prezidentinin işinə yarmaq və onu xoşbəxt etmək üçün öz ölkələrinə məxsus binaları dağıdıblar", - Xamenei yazıb.

"ABŞ Prezidenti deyib ki, əgər İran hökuməti onu etsə, bunu etsə, qiyamçıların tərəfində olacağam. Qiyamçılar öz ümidlərini ona bağlayıblar", - o, əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.