İqtisadiyyat

Qızılın qiyməti tarixi rekordunu yenilədi

9 Yanvar 2026 20:20
Baxış: 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qlobal əmtəə bazarlarında qızılın qiyməti 4 500 ABŞ dolları həddini keçib.

Milli.Az xəbər verir ki, COMEX birjasında bu ilin fevral ayı tədarükü üzrə qızıl fyuçerslərinin qiyməti 1% artaraq 4 505 ABŞ dolları/unsiya səviyyəsinə yüksəlib.

Eyni zamanda, spot bazarda qızılın qiyməti 0,64% bahalaşaraq 4 506 ABŞ dollarını ötüb.
Məlumatlara görə, spot qiymətin fyuçers kontraktlarını üstələməsi bazarda qızılın dərhal tədarükünə tələbatın artdığını göstərir.

Qızılın qiymətindəki artım əsasən geosiyasi risklərin güclənməsi, investorların riskdən qaçış davranışının artması və təhlükəsiz aktivlərə yönələn tələbin yüksəlməsi ilə əlaqələndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.