Ölkə

Nəsimi Nəbizadənin qardaşı həbs olundu - YENİLƏNİB

9 Yanvar 2026 20:22
Baxış: 2 276
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər Nazirliyi də hadisə ilə bağlı açıqlama yayıb:

"Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Tədbir zamanı Saray qəsəbə sakinləri əvvəllər narkotiklərlə əlaqəlli cinayətə görə məhkum olunmuş 48 yaşlı Elnur Nəbizadə, 39 yaşlı Tərlan Talıbov və 35 yaşlı Yusif Cəbrayılov saxlanılıblar. Onlardan ümumi çəkisi 12 kiloqram 962 qram olan narkotik maddə marixuana aşkarlanıb. Faktlarla bağlı cinayət işi başlanılıb. 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir".

----------

Dünən reablitasiya mərkəzindən qaçışı ilə gündəm olan Nəsimi Nəbizadənin qardaşı Elnur Nəbizadə həbs olunub.

Milli.Az bildirir ki, Yenilik.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, E.Nəbizadə 2 nəfər şəxslə birlikdə 13 kq narkotiklə Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və onun haqqında məhkəmənin qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib. 

E.Nəbizadənin hüquqlarını vəkil Anar Qasımlı həyata keçirir. Əməkdaşımızın sualına cavab olaraq vəkil faktı təsdiq eləsə də, məhkəmədəyəm deməklə ətraflı məlumat verməkdən yayınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.