Dünya

“Olina”nın ələ keçirilmə görüntüləri yayıldı - VİDEO

9 Yanvar 2026 20:28
Baxış: 1 037
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məlum olduğu kimi, ABŞ ordusu Venesuela ilə əlaqəli olduğu bildirilən "Olina" neft tankerini Karib dənizində xüsusi əməliyyatla nəzarətə götürüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ Cənub Komandanlığı (SOUTHCOM) əməliyyatın görüntülərini sosial media hesabında paylaşıb.

Məlumata görə, əməliyyat yerli vaxtla bu gün səhər saatlarında Trinidad və Tobaqo sahilləri yaxınlığında ABŞ Daxili Təhlükəsizlik Departamenti ilə koordinasiyalı şəkildə həyata keçirilib. Dəniz piyadaları gəmiyə "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisindən qalxan helikopterlərlə eniş ediblər.

Komandanlıq əməliyyatın insidentsiz başa çatdığını və bunun cinayətkar şəbəkələrə "təhlükəsiz sığınacaq yoxdur" mesajı verdiyini bəyan edib. Şərqi Timor bayrağı altında üzən "Olina" tankerinin, əslində, sanksiya altında olan "Minerva M" gəmisi olduğu və Venesuela neftini qanunsuz daşıdığı iddia edilir.

Xatırladaq ki, bu, son bir həftədə ABŞ-nin ələ keçirdiyi beşinci gəmidir. Yanvarın 7-də isə Şimali Atlantikada Rusiya bayrağı altında üzən "Marinera" (keçmiş "Bella 1") tankeri oxşar əməliyyatla saxlanılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.