Zəngilan rayonunun Ağbənd qəsəbəsi ərazisində dövlət sərhədindən yeni modul tipli buraxılış məntəqəsinin tikinti və quraşdırma işlərinə başlanılır.
Milli.Az-ın dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, görüləcək işlər çərçivəsində ərazidə asfalt-beton örtüyü və abadlıq işləri də aparılacaq.
Belə ki, Dövlət Gömrük Komitəsi (DGK) artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
DGK sözügedən işlərin icrasını "Bilgə Qrup" QSC-yə həvalə edb və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, QSC-yə 10,1 milyon manat ödənilib.
Milli.Az





