Milli.Az Sports-a istinadən bildirir ki, Leo yeni mövsüm, Kriştianu Ronalduya münasibəti, klubunun yeni vəzifələri və digər mövzularda danışıb.Kataloniyanın "Barselona" klubunun forvardı Lionel Messi "Maxim" jurnalına müsahibə verib
Messi etiraf edib ki, ona pul verməsələr də, futbol oynayardı.
"Təsadüfi deyil ki, "Barsa"nın oyunçuları belə müvəffəqiyət qazanırlar, çünki sadə həyat tərzi keçirirlər. Biz futbolçuyuq, kinoulduz yox. Biz kinoulduzların həyatını yaşamaq istəmirik. Məşqə gedib, futbol oynamayanda qalan vaxtımızı ailəmizin yanında keçiririk".
Yeni baş məşqçi "Tata" Martinonun gəlişindən danışarkən Messi bildirib: "Komanda bu mövsüm həm İspaniyada, həm də Avropada uğur qazanmaq istəyir. Təəssüf ki, Tito belə getdi, ancaq indi bizim yeni məşqçismiz var".
Jurnalistlərin ""Blauqranas"ın ən stilli futbolçusu kimi hesab edirsiniz?" sualına cavabında Leo Xerard Pikenin adını çəkib: "O, doğrudan da, ən dəblidir və model kimi poza verməyə öyrəşib".
Argentinalı bildirib ki, onu ən yaxşı Hindistanda qarşılayıblar: "Bu, inanılmaz idi. Heç futbol orada populyar idman növü deyil. Mən oraya gecə gəlmişdim, amma minlərlə azarkeş mənim adım olan köynəkləri geyinib məni gözləyirdi".
Müsahibənin sonunda Messi bildirib ki, Ronaldu ilə arasında dünyanın ən yaxşı futbolçusu adı uğrunda "hər hansı bir rəqabət yoxdur". "O, yaxşı adamdır və istənilən oyunun gedişini dəyişə bilər. O öz işi ilə məşğuldur, mən də diqqətimi "Barselona" ilə uğur qazanmağa yönəltmişəm", - argentinalı deyib.
Milli.Az





