Cəmiyyət

İşəgötürənlərə xəbərdarlıq - bədbəxt hadisələri gizlətmək qanunsuzdur

22 Yanvar 2026 12:55
Baxış: 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisə barədə, ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisə baş verən gün Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməlidir.

Milli.Az xəbər verir ki, bunu "Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri" mövzusunda mətbuat konfransında Xidmətin rəisi Vəli Quliyev deyib.

O bildirib ki, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçotu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalarla tənzimlənir. 

"Həmin Qaydalara əsasən, işçinin əmək vəzifələrini yerinə yetirərkən, müəssisənin mənafeyi naminə fəaliyyət göstərərkən, işə gedərkən və ya işdən qayıdarkən, eləcə də əmək fəaliyyəti zamanı kənar şəxs tərəfindən bədən xəsarətləri alması halları təhqiq edilməlidir. Daxil olmuş məlumat əsasında Dövlət Əmək Müfəttişliyi Xidməti hadisənin istehsalatla bağlılığını araşdırmaq üçün komissiya yaradır. Araşdırma başa çatdıqdan sonra işəgötürən tərəfindən müvafiq akt tərtib edilir və bir nüsxəsi zərərçəkən işçiyə təqdim olunur".

Vurğulayıb ki, hadisəni gizlədən və ya akt tərtibindən boyun qaçıran şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.