Cəmiyyət

Mədəniyyət Nazirliyi Azər Aydəmirə 657 min manat ödəyəcək

22 Yanvar 2026 13:17
Baxış: 1 243
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda "Çar skiflər: Aşquz dövləti" adlı tammetrajlı bədii-sənədli filmin istehsalına başlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) məlumat əldə edib.

Məlumata görə, ARKA bununla bağlı "Aydəmir Entertainment" şirkəti ilə nəhəng müqavilə bağlayıb.

Müqavilədə "Çar skiflər: Aşquz dövləti" adlı tammetrajlı bədii-sənədli filminin istehsalının həyata keçirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin maliyyə dəyəri isə 657 000 manat müəyyənləşib. 

Qeyd edək ki, audiovizual sənaye sahəsində fəaliyyət göstərən "Aydəmir Entertainment" şirkəti 2024-cü ilin dekabrın 20-də dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri və qanuni təmsilçisi tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmir Rauf oğludur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.