Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda "Qarabağ" Almaniyanın "Ayntraxt" klubunu 3:2 hesabı ilə məğlub edərək tarixə düşən qələbə qazanıb.
Milli.Az xəbər verir ki, bu oyun Mehriban Qadın və Uşaq Sığınacağında da böyük coşqu ilə izlənilib. Sığınacağın sosial şəbəkə hesabında azyaşlı uşaqların matç zamanı yaşadığı sevinc anlarını əks etdirən video paylaşılıb.
Kadrlarda balacaların "Qarabağ"ın qələbəsinə səmimi və gur sevinclə reaksiya verdiyi görünür. Paylaşımın şərh hissəsində isə "Əkbər sevincindən bütün sığınacağı ayağa qaldırdı" qeydi yer alıb.
Xatırladaq ki, Əkbər bir müddət əvvəl "Qarabağ"ın "Ayaks"la qarşılaşmasını sığınacaqda tək izləməsi ilə diqqət mərkəzinə düşmüşdü. Daha sonra klub rəhbərliyi və baş məşqçi Qurban Qurbanov onunla şəxsən görüşmüşdülər.
Fidan
Milli.Az





