İnsan orqanizminin təxminən 70-75%-ini su təşkil edir. Su bizim bütün hüceyrələrimizin əsas tərkib hissəsidir.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, sağlamlığını qorumaq istəyən insan hər gün kifayət qədər təmiz su içməlidir. Susuzlaşma ilk növbədə beyində pozulmalara səbəb olur. Susuzlaşma həmçinin dərinin vəziyyətinə də çox mənfi təsir edir - dəri cansız olur, tez qocalır.
İnsan yaşa dolduqca orqanizmin suya olan tələbatı azalır və insan susuzluğu hiss etməyə bilər. Həkimlər yaşlı insanlara daim yanında 1 stəkan və ya butulka təmiz su saxlamaq və vaxtaşırı olaraq bir neçə qurtum su içmək tövsiyə edirlər. Su qurtaranda növbəti stəkan doldurun və belə gün ərzində 1,5-2 l təmiz su için (buna əks-göstərişlər yoxdursa). Zorla, birdən çoxlu miqdarda su içmək olmaz.
- Qəhvə xərçəng əleyhinə təsirə malikdir. Qəhvə orqanizmi tonusda saxlayır. Lakin nəzərə almaq lazımdır ki, yalnız təbii keyfiyyətli qəhvə insan orqanizmi üçün faydalı ola bilər. Gün ərzində 1-2 fincan qəhvə içmək kifayətdir.
- Yaşıl çay Şərqdə qədim zamanlardan cavanlığı və gözəlliyi qoruyan içki kimi tanınır. Həqiqətən də yaşıl çayın tərkibində çoxlu miqdarda xüsusi maddələr "antioksidantlar" var ki, bu maddələr orqanizmin hüceyrələrini qocalmaqdan və dağılmaqdan qoruyur. Gün ərzində 4 fincan yaxşı təbii yaşıl çay içən insan özünü bir çox xəstəliklərdən (xüsusilə ürək-damar sistemi xəstəliklərdən) və pozulmalardan qoruya bilər.
- Kakao flavonoidlərlə zəngindir. Bu maddələr qan damarları qoruyur, hipertoniyanın, aterosklerozun, şəkərli diabetin riskini azaldır, orqanizmə xərçəng əleyhinə təsir edir. Kakao sümüklərimiz üçün də çox faydalıdır. Yaşlı insanlarda (xüsusilə qadınlarda) sümük kütləsinin itirilməsi ilə müşayiət olunan osteoporoz xəstəliyinin ən yaxşı profilkatik üsullarından biri kakonun qəbuludur.
- Qreypfrut şirəsi növbəti faydalı içkidir. Qreypfrutun tərkibində çoxlu miqdarda xüsusi maddə "likopin" var ki, bu maddə hüceyrələri qocalmaqdan qoruyur, xərçəng əleyhinə təsirə malikdir və həmçinin dərinin elastikliyinə cavabdeh olan zülalın sintezini (hasilini) stimullaşdırır.
- Kök şirəsi orqanizmə antioksidant, iltihabəleyhinə, şişəleyhinə təsir edir, immun sistemini stimullaşdırır.
- Portağal şirəsi lütein maddəsi ilə zəngindir. Bu maddə göz üçün olduqca vacibdir. Lütein göz sağlamlığını qoruyur, gözləri yaşla əlaqədər olan pozulmalardan qoruyur, yaxşı görmənin saxlanılmasına kömək edir.
- Çuğundur şirəsi antioksidantlar mənbəyidir. Çuğundur şirəsi qan damarları genişləndirir, orqanizmin qanla təmin olunmasını yaxşılaşdırır, hipertoniya xəstəliyinin inkişafının riskini azadır, beyinin fəaliyyətinə müsbət təsir edir.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Cavanlığı və gözəlliyi qoruyan 8 faydalı içki
15 Sentyabr 2015 23:40
0 Şərh
Baxış: 2 802
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Qaşlı qızıl almayın - SƏBƏBLƏR
-
Dron hücumu zamanı nələr yaşandı? - Müəllimlər danışdı
-
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
-
Günün qoroskopu: Pul məsələlərində cəsarətli qərar vermək istəsəniz...
-
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - məbləğ
-
Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib (FOTO)
XƏBƏR LENTİ
-
İtalyan mətbəxinin sevilən qəlyanaltısı: Panzerotti resepti
-
Okeanın dibindəki "saatlı bomba": Hamımızı yaxalayacaq
-
600 illik cəngavərdə nadir "Kruzon" sindromu aşkar edildi
-
Kombiləri sökdürəcək üsul: Qış boyu qazsız evi hamam kimi isidir
-
Sevdiyiniz yemək xarakterinizdən xəbər verir
-
Fasiləli oruc arıqlamaq üçün effektiv deyilmiş...
-
Yaddaşı gücləndirən 5 İÇKİ – Harvard mütəxəssisindən tövsiyə
-
Müctəba Dərmiçiludan SEPAH-a məxsus "Telegram" kanallarında yazılanlara reaksiya
-
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasını yandırmağa cəhd ediblər - VİDEO
-
Qaşlı qızıl almayın - SƏBƏBLƏR
-
BƏƏ-nin XİN başçısı İranın Azərbaycana dron hücumlarını pisləyib
-
Bu Avropa ölkəsi ən yüksək maaşı verir: İşsizlər axın edir
-
Dron hücumu zamanı nələr yaşandı? - Müəllimlər danışdı
-
İran səfiri ilk dəfə Naxçıvana edilən dron hücumundan DANIŞDI
-
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
-
Bu FOTOnun sirri ortaya çıxdı
-
Günün qoroskopu: Pul məsələlərində cəsarətli qərar vermək istəsəniz...
-
“Çelsi”nin ulduzundan sevgilisinə inanılmaz jest
-
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - məbləğ
-
Peter Pelleqrini İlham Əliyevə məktub ünvanlayıb
-
Bahar Lətifqızı: “Elə bilirəm, qardaşımı itirmişəm” - FOTO
-
"Qarabağ"ın 15 yaşlı futbolçusu Fransa klubuna yollanır
-
SEPAH-ın Azərbaycanda terror cəhdi: İsrail səfirliyi də hədəfdə olub
-
Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib (FOTO)





