Cəmiyyət

Bakıda cərimə olunan piyadaların bank ödənişində maraqlı məqam

7 Sentyabr 2012 02:30
300 Şərh     Baxış: 43 889
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhərində yol hərəkəti qaydalarını pozan piyadaların cəzalandırılması ilə bağlı maraqlı məqam ortaya çıxıb. Qayda pozuntusuna görə cəzalandırılan oxuculardan biri Milli.Az-a müraciət edərək bildirib ki, bu il avqustun 20-də piyada keçidindən istifadə etmədiyindən yol polisi tərəfindən cərimələnib.

Polis tərəfindən tərtib olunmuş protokol əsasında bankda cəriməsini ödəyib. Ödənişdən sonra ona verilən mədaxil qəbzində ödəyənin tam adı "xarici ölkə vətəndaşı" kimi göstərilib.

Oxucu onun üçün qaranlıq qalan bu məqama aydınlıq gətirlməsini xahiş edir.

Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az-a açıqlamasında oxucunun yaranmış narahatlığına aydınlıq gətirib. Şöbə rəisi bildirdi ki, ödəyicinin adı xarici ölkə vətəndaşı kimi göstərilmir, sadəcə piyadanın adı və soyadı mədaxil qəbzində yazılmır. Çünki ad və soyad sürücülük vəsiqəsində getdiyinə görə orada görünmür. Ona görə də, abonent xarici vətəndaş kimi göstərilir. Çünki vətəndaşın sürücülük vəsiqəsi yoxdur.

K.Əliyev qeyd etdi ki, kütləvi ödənişlər üçün mərkəzləşdirilmiş informasiya sisteminə baxanda abonentin adı və soyadı görünür: "Protokolun nömrəsini www.apus.az saytına daxil edən zaman cərimə olunanın piyada olduğu görünür. Piyadanın protokolundakı cərimə miqdarı ilə ümumi məlumat bazasındakı miqdar da eynidir. Hesab edirəm ki, burada heç bir problem yoxdur. Piyadalar onda olan inzibati protokolun nömrəsi üzrə ödəniş etsinlər".

"Piyada barəsində cərimə qərarının qanuni qüvvəyə mindiyi gündən 3 iş günü müddətində ödənilirsə, cərimə məbləğinin 10 faizi məbləğində güzəşt tətbiq olunur. Əgər bir ay müdətində ödənilməsə, cərimə məbləğinin 2 faizi məbləğində dəbbə pulu faiz gəlir", - DYP rəsmisi dedi.

Anar Məmmədov

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.