01.11.2013
12:47
Sosial şəbəkələrdə Nigar İbrahimovanın həyat yoldaşı Ruslanın bundan öncəki nikahı haqqında xoşagəlməz ifadələr səsləndirilməkdədir. Belə ki, vizajistin həyat yoldaşı Ruslanın ilk xanımı onun və iki uşağının atıldığını iddia edir.
Xanım həmçinin Ruslan bəyin onların ailəsinə kömək etmədiyini də bildirir. Bu barədə Ruslan bəyin əvvəlki xanımı fərqli facebook qruplarında kommentlər yazır. İstifadəçilər isə həmin xanımın dediklərini hər yerdə yayırlar.
Toydan bir gün sonra belə xəbərlərin çıxması xoş olmasa da, məsələnin nə dərəcədə doğru olub-olmamasını dəqiqləşdirmək üçün İradə xanımla əlaqə yaratmağa çalışdıq. İradə İbrahimovanın prodüseri Səbinə Hüseynova Mövqe.az saytına açıqlama verdi:
"Bəli, ola bilər, Nigardan öncə Ruslan kimləsə ailə həyatı qurub. Bu normal bir şeydir. Şişirdiləsi heç nə yoxdur. Ruslan ilk adam deyil ki, evlənib, boşanıb, sonra da ikinci həyat qurub. Ola bilər. Bəlkə, əvvəlki xanımı yandığından elə deyir. Nigara qısqanclıq edir. Xanımdır da... Ola bilər. Ancaq dünənki toyda Nigar və Ruslan faktiki, rəsmi şəkildə nikah qurdular. Hamı da bunun şahidi oldu".
Qeyd edək ki, dünən İradə İbrahimovanın bacısı tanınmış vizajist Nigar İbrahimova Ruslan adlı iş adamı ilə ailə həyatı qurub.
-----------
09:09
Bir neçə saat öncə tanınmış stilist-vizajist Nigar İbrahimova Ruslan adlı şəxslə rəsmi qaydada ailə həyatı qurdu. Bu haqda geniş xəbər yayımlanan kimi Facebook sosial şəbəkəsində bəyin görünməyən məqamları açıqlanmağa başladı.
Anspress yazır ki, sən demə, bu, Ruslanın birinci evliliyi deyilmiş. O, dünən ikinci dəfə bəylik kürsüsündə əyləşib.
Bundan başqa, Ruslanın Ayan və Nuray adlı iki qız övladı var. Yazılanlara görə, o, N.İbrahimova ilə maddi marağa görə ailə həyatı qurmağa razılıq verib.
Qeyd: Mediainfo.az gecə saatlarında Ruslanın sabiq həyat yoldaşı Samirə adlı xanımla əlaqə saxlayıb. O, hadisələrin əvvəldən axıradək inkişafı barədə məlumat verib.
X X X
Oktyabrın 31-də müğənni İradə İbrahimovanın bacısı stilist-vizajist Nigar İbrahimova Ruslan adlı bəylə nikah masasına oturub.
Lent.az-ın məlumatına görə, paytaxtın prestijli restoranlarından birində keçirilən ziyafətdə bir çox sənətçilər də iştirak edib. Onların arasında müğənnilərdən - Zülfiyyə Xanbabayeva, Elton Hüseynəliyev, Natavan Həbibi, Hacı Nazim, Aysel Əlizadə, rəqqasələrdən - Fatimə Fətəliyeva, Oksana Rəsulova, aparıcılardan - Nərgiz Cəlilova, Murad Arif və başqaları olub.
Gecə gəlinlə bəyin və qonaqların rəqsi ilə yadda qalıb. Bir neçə şou nümayəndəsi də öz musiqi payı ilə səbəkarları təbrik ediblər. Gecədə yadda qalan məqamlardan biri isə gəlinlə bəyin rəqs etməsi olub.
Xatırladaq ki, gecənin aparıcıları müğənni Elton Hüseynəliyev və Afaq Gəncəli olublar.
------------------
31.10.2013
23:43
Hazırda Bakıdakı şadlıq sarayların birində müğənni İradə İbrahimovanın bacısı, tanınmış vizajist Nigar İbrahimovanın Ruslan ilə toyu keçirilir.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, İradə mərasimə qara uzun libasla qatılıb.
Sənətçinin toydan ilk şəkillərini təqdim edirik.
Qeyd edək ki, toyun aparıcısı müğənni Elton və Afaq Gəncəlidir.
---------
10:52
Milli.Az xəbər verir ki, bu gün müğənni İradə İbrahimovanın bacısı Nigar İbrahimovanın toyu olacaq.
Əldə etdiyimiz məlumata görə, şəhər restoranlarından birində baş tutacaq toy mərasimində İradə bacısına sürpriz hazırlayıb.
O, bacısının toyuna Türkiyənin populyar müğənnilərindən birini gətirəcək.
Nigar İbrahimova müsahibələrinin birində demişdi ki, gələcək həyat yoldaşı Ruslanı artıq 12 ildir ki, tanıyır, amma onunla 7-8 aydır ki, bir yerdədirlər və hətta ailəvi get-gəlləri də var.
Onu da bildirək ki, Nigar media nümayəndələrinin onun toyunu işıqlandırmalarını istəmir.
Ceyhun Ələkbərov
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
---------------
01.11.2013
18:09
---------
12:25





---------
10:26















































----------
09:36










------------
09:24



























------------------
31.10.2013
23:43

























---------
10:52

Foto: Lady.Day.Az, Day.Az, Lent.az, Qafqazinfo, Anspress, İnstagram, Show.az, Axsam.az





