Maraqlı

Hədiyyə qazandı, xiyar çıxdı - FOTO

15 Mart 2016 10:09
3 Şərh     Baxış: 3 720
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, radio verilişlərindən birində mobil telefon qazanan Selim adlı dinləyici hədiyyə qutusunu açanda gördüklərindən təəccüblənib. Belə ki, qutunun içərisindən xiyar və telefon maketi çıxıb. Buna əsəbləşən Selim məhkəməyə müraciət edib. O, hədiyyəni karqo ilə gətirtmək üçün 188 türk lirəsi (təxminən 108 manat) ödədiyini deyib. 

Araşdırmalar nəticəsində məlum olub ki, Mehmet S. adlı fırıldaqçı televiziya və radio vasitəsi ilə dələduzluq edərək insanları aldadır. Məhkəmənin qərarına əsasən, ona 1 il 8 aylıq həbs cəzası verilib.

Zərərçəkən isə məhkəmənin qərarına narazılıq olaraq: "Həm incidim, həm də aldadıldım", - deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.