Sağlamlıq

Şorba sevənlərə mühüm xəbərdarlıq

18 Fevral 2026 03:03
Baxış: 345
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mütəxəssislər hazır və paketlənmiş şorbalarla bağlı xəbərdarlıq ediblər.

Milli.Az xəbər verir ki, araşdırmalara görə, xüsusilə tez hazırlanan toz şorbaların tərkibində yüksək miqdarda duz, konservant və dad gücləndiricilər mövcuddur.

Qidalanma üzrə mütəxəssislər bildirirlər ki, bu cür məhsulların tez-tez istifadəsi yüksək qan təzyiqi, ödem, mədə-bağırsaq problemləri və ürək-damar xəstəlikləri riskini artıra bilər. Həmçinin bəzi hazır şorbalarda doymuş yağ və süni aromaların olması qaraciyərə əlavə yük yaradır.

Xüsusilə hipertoniyadan əziyyət çəkən şəxslərə, böyrək problemi olanlara və uşaqlara bu məhsullardan uzaq durmaq tövsiyə olunur.

Mütəxəssislər ev şəraitində təbii ərzaqlarla hazırlanan şorbaların daha sağlam seçim olduğunu vurğulayırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.