Sağlamlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Naftalan neftinin xəstəliklərə möcüzəvi təsirinin sirri nədədir?
16 Avqust 2014 18:19
2 Şərh
Baxış: 35 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Naftalan nefti respublikamızın ən qiymətli təbii sərvətlərindən biridir. Şəfa mənbəyi sayılan bu neft sayəsində 70-dən artıq xəstəliyin uğurlu müalicəsi mümkündür. Elə bu baxımdan Naftalan şəhərinin iqtisadi əsasını təşkil edən müxtəlif sanatoriya mərkəzləri ötən il 12 min turistə öz qapılarını açıb.
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Naftalan şəhərində tibbi turizm geniş inkişaf etməkdədir. Bunu deməyə əsas verən şərtlərdən biri də şəhərə üz tutan yerli və xarici turistlərin sayıdır. Proqnozlara görə, bu ilin sonuna qədər 15000-dən artıq turistin gələcəyi gözlənilir. Qədim zamanlardan bəri yaxından və uzaqdan gələn xəstələr Naftalanda özlərinə şəfa tapardılar.
Neftlə müalicə üçün Naftalana üz tutanlar əsasən sümük-oynaq, əsəb, sinir, ginekoloji, uroloji və dəri xəstəlikləri, sonsuzluq, eləcə də qaraciyər xəstəliklərindən şikayət edənlərdir.
Nəzakət Əhmədova - sanatoriyanın baş həkimi: "Bütün mövsümlərin özünə uyğun xəstəlikləri var. Biz məsləhət görərdik ki, ürək-damar xəstəlikləri ilə əlaqədar əsasən yaz, payız, qış aylarında gəlsinlər. Amma sümük-oynaq xəstəsi olanların hazırki mövsümdə gəlmələri məsləhətdir".
Naftalan nefti güclü iltihab əleyhinə, ağrıkəsici, allergiya əleyhinə təsirlərə malik olmaqla yanaşı, digər effektiv xüsusiyyətlərə də malikdir.
Nəzakət Əhmədova: "Naftalan neftilə müalicə daha effektlidir. Dərmandan fərqli olaraq əks və ya əlavə təsirə malik olmur. Misal üçün, sümük-oynaq xəstəlikləri zamanı istifadə olunan dərmanlar mədə-bağırsağa çox təsir edir. Amma Naftalanda əksinədir. Sonzuluqla bağlı uzun müddət dərmanla müalicə aparılması hormonal çatışmazlıqlar yaradır, Naftalan isə təbii müalicədir".
Həkimin sözlərinə görə, müəyyən xəstələrin 6 aydan bir, müəyyən xəstələrin isə ildə bir dəfə müraciət etmələri kifayətdir.
İsmayıl Qurbanov - Bakı sakini: "Həyat yoldaşımla ikinci ildir ki, gəlirik bura. Ötən ilə nisbətən bu il özümüzü daha yaxşı hiss edirik. Əvvəl, demək olar ki, yeriyə bilmirdik".
Əsəd Hüseynov - Bakı sakini: "Bakı şəhərindən gəlmişəm. Ayın 4-dən buradayam. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə gəlmişəm. Ayaqlarımda revmatizm var, bura çox kömək olur. Hər il gəlirəm".
Cari ilin 7 ayı ərzində Naftalana üz tutan qonaqların sayı 7500 nəfər olub ki, onların da 1000-dən çoxunu xarici qonaqlar təşkil edib. Ötən ilin müvafiq dövründə isə qeydə alınan xarici və yerli turistlərin sayı 6150 olub.
Comard Darkiev - Qazaxıstan vətəndaşı: "Səhhətimdə elə bir problem yoxdur, sadəcə internet vasitəsilə tanışlarımdan, dostlarımdan bura haqda məlumat eşitdim. Maraqlı gəldi və profilaktik müalicə üçün gəldim. 5-ci gündür, bir neçə vanna qəbul etmişəm, artıq 5 yaş cavanlaşdığımı hiss edirəm. Bildiyim qədərilə dünyada iki belə müalicə ocağı var - biri Xorvatiyadadır, digəri isə Naftalanda. Amma Naftalanın sədası daha məşhurdur. Gələn il mütləq həyat yoldaşımı və 3 uşağımı da özümlə gətirəcəm".
Aleksandr Papkov - Rusiya vətəndaşı: "Dərimdə problemlər vardı. Müalicəsi üçün hər il buraya gəlirəm. Bura haqda nənəmdən eşitmişəm. O hələ Sovet dövründə müalicə məqsədilə Naftalanda olub. Onun oynaqlarında problemləri olub. Məndə dəri xəstəliyi aşkarlananda məsləhət edərək dedi ki, Saşa, Naftalana get, orada dərdinə əlac ediləcək. Düşündüm ki, nənəm yalnış məsləhət verməz və buraya üz tutdum".
Xarici qonaqlar arasında əsasən MDB ölkələrindən gələnlər üstünlük təşkil edirlər. Avqust ayında Naftalana 3000-ə yaxın yerli və xarici turistin gələcəyi gözlənilir. Hazırda qonaqların sıxlığı ilə bağlı sanatoriya və otellərdə yer tapmaq elə də asan deyil.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı - (Foto-Video)
-
Pis yuxu insan beynini qocaldır?
-
Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
-
4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz
-
Stress bu xəstəliyini kəskinləşdirə bilər
-
Maşında ürəkbulanma niyə yaranır? - Səbəb
XƏBƏR LENTİ
-
Xoşbulağa dolu düşdü - Video
-
Bergüzar 44 yaşında - (Video)
-
"Əhmədli"də sərnişin qatar yoluna düşüb
-
İnyesta bu klubun baş məşqçisi oldu
-
Azərbaycan XİN Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edib
-
600-dən çox bal toplayıb kənarda qalanlara DİM sədrindən şad xəbər
-
Bakıda yasda gülüş üstündə qan töküldü - təfərrüat
-
Abşeronda piyadanı vuran yeniyetmə sürücü qaçdı - (Video)
-
Anar Əliyev agentliyin sədrinə iki müavin təyin etdi (Foto)
-
"Trabzonspor"un rəqibləri məlum oldu
-
Qarabağ Universitetində İstanbul Texniki Universitetinin akademik bölmələri açılacaq (Foto)
-
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ bəlli oldu - (Foto)
-
Son bir həftədə təbiətə 50 minə yaxın ziyan vuruldu
-
Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi
-
Rövşən Nəcəf Səriyyə Bünyatovanı özünə müşavir təyin etdi
-
DTX-nin “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib (Foto)
-
İştar Gökseven yeni serialda rol alacaq - Obrazı bəlli oldu
-
İranda Trampı şizofren adlandırdılar
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi
-
ABŞ və Meksika pendir adlarına görə ticarət razılaşması bağlaya bilmir
-
Hökmdar və Şeyx - Yunus Oğuz yazır
-
KMBİ qanunsuz onlayn kazino əməliyyatları çərçivəsində daha 3 nəfəri saxlayıb
-
Bakıda küçələrdən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq