Mədəniyyət

Sənə mən siz deyərəmsə...

5 Sentyabr 2014 20:56
16 Şərh     Baxış: 34 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az Baba Pünhanın şeirini təqdim edir

Sənə mən siz deyərəmsə, özümə bizmi deyim, 

O böyük Tanrıya sən, bəndəsinə sizmi deyim?  

Nə qədər ki, özümüzdən özümüz bixəbərik, 

Özümə mənsiz, əzizim, sənə sənsizmi deyim? 

Bilən heç kimliyini dəhrdə bir kim sayılar, 

Bunu dərk eyləməyən insana acizmi deyim?

Ayaq altında salar iz, deyilən söz havada, 

Biri vardır, biri yox, iksinə də izmi deyim? 

Qara gündən ağaran saqqala, Pünhan, görəsən, 

Ağaran üzmü deyim, ya gecə-gündüzmü deyim?...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.