Dünyanın 7 möcüzəsindən biri - Bəşəriyyətin ən büyük xəzinəsi tapıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Misirin şərq limanında həyata keçirilən beynəlxalq PHAROS layihəsi çərçivəsində, əsrlərdir su altında qalan əfsanəvi tikiliyə dair ən genişmiqyaslı tapıntılar əldə edilib.
Milli.Az xəbər verir ki, Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin (CNRS) arxeoloqu Isabelle Hairy liderliyindəki qrup, dəniz tabanından çəkisi 70-80 ton arasında dəyişən qapı dirəkləri, eşiklər və səki daşlarını xilas edib. Bu hissələrin mayakın Misir və Yunan memarlıq texnikalarının sintezi ilə inşa edilmiş möhtəşəm girişinə aid olduğu müəyyən edilib.
Eramızdan əvvəl III əsrdə I Ptolemey Soter dövründə inşa edilən və memar Sostratus tərəfindən Pharos adası üzərində layihələndirilən mayak, 100 metrdən çox hündürlüyü ilə əsrlər boyu dünyanın ən hündür tikilisi titulunu qorumuşdu. 1303-cü ildə baş verən zəlzələ nəticəsində dağılan və 1600 ildir itkin hesab olunan bu hissələr indi müasir texnologiya ilə yenidən canlandırılacaq.
Aşkar edilən 100-dən çox memarlıq detalı fotaqrammetriya üsulu ilə rəqəmsal mühitə köçürülür. Ekspertlər bu blokları rəqəmsal bir tapmaca kimi analiz edərək, mayakın orijinal görünüşünü virtual olaraq yenidən inşa etməyi hədəfləyirlər.
İnşası: E.ə. III əsr.
Hündürlüyü: 100 metrdən çox (O dövrün rekordçusu).
Dağılması: Güclü zəlzələlər nəticəsində (Əsasən 1303-cü ildə).
Dağılan daşların bir hissəsi 1477-ci ildə Sultan Kayıtbay tərəfindən inşa edilən qalanın tikintisində istifadə olunmuşdu.
Bu tapıntı qədim dövrün mühəndislik sirlərini anlamaq və antik dünyanın ən parlaq simvollarından birini yenidən bəşəriyyətə qazandırmaq baxımından inqilabi addım hesab olunur.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mühəndislik sərhədlərini aşan yol: Yerdən tam 70 metr hündürlükdə asılı qalıb
-
İki paytaxtı bir-birinə bağlayan qatar on ildən sonra geri qayıdır
-
Tramp Çinə yola düşüb
-
Yunan adalarındakı evlər sən demə bu səbəbdən mavi rəngdə imiş
-
ABŞ bu ərazidə yeni hərbi bazalar planlaşdırır
-
9 əkiz uşağının 5 yaşını keçirdi: Möcüzə BAŞ TUTDU - VİDEO
XƏBƏR LENTİ
-
Toyuqlar niyə uça bilmir?
-
Kamalpaşa şirniyyatı resepti
-
Bunu evinizə qoyun, qoxusundan məst olacaqsınız
-
Gecə yatmazdan əvvəl nə içmək mədəyə faydalıdır?
-
"Qanlı dərə"də meyiti tapılan Rəhimin FOTOSU
-
Sumağın bilmədiyimiz 20 möcüzəvi FAYDASI
-
Tanınmış müğənni kövrəldi - "Qədrimi bilməmişəm"
-
Mühəndislik sərhədlərini aşan yol: Yerdən tam 70 metr hündürlükdə asılı qalıb
-
İki paytaxtı bir-birinə bağlayan qatar on ildən sonra geri qayıdır
-
Tramp Çinə yola düşüb
-
Günün qoroskopu: Pul məsələlərində isə uzunmüddətli planlama vacibdir
-
Klaviaturadakı sirli düymə: "Pause Break" nə işə yarayır?
-
Yunan adalarındakı evlər sən demə bu səbəbdən mavi rəngdə imiş
-
Lada Niva geri qayıdır: Yeni dizaynı ilə valeh etdi - FOTO
-
Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Pendirləri məhv edən 12 saxlama xətası
-
Azərbaycan Yaxın Şərqdə sabitlik modeli kimi fərqlənir - Rufiz Hafizoğlu
-
Slovakiya Milli Şurasının sədri Azərbaycana gəlib - FOTO
-
Bakıda nəqliyyat inqilabı: Metro, avtobus və taksi vahid mərkəzdən idarə olunacaq
-
Şuşaya giriş və çıxış istiqamətləri dəyişdirilir
-
Əli Kəriminin əmlakları müsadirə edildi
-
Vado Karovinin kürəkəni də Space TV-dən yola salındı - FOTO
-
“Mən yaxşıyam” - FOTO
-
Bəzi ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq





