Mayor İmanovun son döyüşü: Talış yüksəkliklərində igidlik dastanı...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1998-ci ildə Neftçala rayonunun 1 saylı orta məktəbini bitirərək Ali Hərbi Məktəbə daxil olub. 2003-cü ildə Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirib.
Milli.Az bildirir ki, şəhid zabitin yaxınları virtualaz.org-a deyiblər ki, Türkiyə Cümruhiyyətində "Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası", "Komando təlimi və paraşütdən sərbəst atlamaq" kurslarında, habelə "Anadolu-2007", "Anadolu Qartalı-2007" birgə taktiki təlimlərində, Pakistanda "Ləpirçi və antiterrorist" kurslarında, İsveçrə krallığında "Dağ təlimi" kursunda, Rumuniya Respublikasında "Dağa dırmanma üzrə təlimatçı kursunda iştirak edib.
2004-cü ilin iyun ayından xüsusi təyinatlı hərbi hissədə qrup komandirinin muavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifələrində çalışıb.
Qısa bir xidməti müddətdə 6 medalla təltif olunan azsaylı hərbçilərdən olub.

Mayor Samit İmanov xüsusi təyinatlı hərbi hissənin qərargah rəisi və xüsusi təyinatlı qoşunun komandan köməkçisi vəzifəsini icra edib. 2014-cü il avqust ayında erməni təxribatının qarşısını almaq ücün Samidin dəstəsi əməliyyat kecirmiş, 20-yə yaxın ermənini məhv edərək geriyə qayıtmışdı.
2016-cı ilin aprelin 3-dən 4-nə keçən gecə ömrünü vətənə, millətinə həsr etmiş zabitimizin son döyüşü olub.
Mayor Samit İmanovun və komandiri, şəhid polkovnik-leytenant Murad Mirzəyevin başcılıq etdiyi qruplar düşmən təxribatlarının qarşısını almaq üçün komandanlığın əmrinə əsasən Talış yüksəkliklərindəki erməni postlarını darmadağın ediblər, onlarla düşmən əsgəri məhv edilib.
Atışmada qəhrəman zabitimiz çiynindən və ayağından yararalanıb. Samit bu gün yaşaya bilərdi bəlkə də, onda yüksək zabit və komandirlik qüruru olmasaydı. Atışmada yaralanan cəsur komandir əsgərlərinin onu döyüş meydanından cıxarmasına etiraz edib, yaralı gizirin çıxarılmasını əmr edib. Əsgərlərinin etirazına baxmayaraq əmrin icra edilməsi ücün qəti göstəriş verib.

Ərazidən uzaqlaşan qrup təhlükəli olmasına baxmayaraq, tez zamanda yenidən oraya qayıdıb, amma komandiri yerində tapa bilməyiblər. Gecədən səhərə qədər axtarışlar nəticə verməyib. Bununla belə, cəsur komandirin cəsur əsgərləri həyatlarını riskə ataraq günün-günorta cağı, döyüş gedə-gedə ərazini yenidən axtarıblar və bir kolluqda komandirin cansız bədəni ilə qarşılaşıblar. Cəsur komandir mayor Samit İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra düşmən əlinə keçməmək ücün yaralı halda kolluqda maskalanıb və qumbaranı sinəsi üstündə saxlayaraq arxası üstə uzanıb. Amma aldığı yaralardan axan qan ölümünə səbəb olub, gözlərini canından artıq sevdiyi vətəni, milləti üçün birdəfəlik yumub.
Samit bu gün aramızda olmasa da onun yetişdiriyi oğullar yağı düşməndən şəhid qardaşlarımızın qisasını alacaq.
Ən təsirlisi həm də odur ki, şəhid mayorla orta məktəbdə bir sinifdə oxuyan Səid də bir neçə il əvvəl Murovdağda xidmət edərkən şəhid olub...
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
DİM-in şəxsi kabinetindən istifadə edənlərə vacib xəbərdarlıq
-
Həvva Yambulatova qəfil vəfat etdi
-
ADY fotomüsabiqə elan edib
-
“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb - (Foto)
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər saxlanıldı
-
Tbilisidə piyada körpüsündə güclü yanğın söndürüldü - (Yenilənib)
-
Angela Merkel yenidən hakimiyyətə qayıdır?
-
Nazirin yeni müşaviri kimdir? - Dosye
-
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub
-
Rəşad İlyasov Faiq Ağayevi tənqid etdi
-
İki baxış, bir üfüq: Bakıda Latviyadan olan rəssamların sərgisi açılıb - (Foto)
-
Çağırışçılar hərbi xidmətdən yayınmaq üçün özlərinə xəsarət yetirirlər - 5 cinayət işi açıldı
-
Batrakovun transfer qiyməti açıqlandı
-
Azərbaycanda axtarılan şəxs Monteneqroda tutuldu - Ekstradisiya olunacaq
-
Azərbaycan mətbuatından oğurlanan pullar
-
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu - (Foto)
-
80 aptek yoxlanıldı, 24-də qanun pozuntusu aşkarlandı
-
Röyanın evindəki bu otaq diqqət çəkdi - (Video)
-
“Qırmızı körpü”də yük maşınlarından 40 ton dizel və gizli yüklər tapıldı
-
Bakıda maşın "Arzum" mağazasına girdi
-
Bu şəxslər üçün gedişhaqqı cəmi 1 qəpik olacaq - Bu tarixlərdə
-
Meşə torpaqlarını icarəyə vermək adı ilə rüşvət alıblar - Direktor həbs edildi





