Ölkə

Sabirabadlının "fərasəti" iki ölkəni mat qoydu

3 Fevral 2016 13:43
4 Şərh     Baxış: 29 960
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şirvan Gömrük İdarəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə şöbəsinə Rusiya Federasiyasından gələn və Azərbaycan ərazisindən keçməklə İrana aparılacağı qeyd edilən taxta yüklü vaqonların Sabirabad rayonunda fəaliyyət göstərən sahibkarlardan birinə satılması barədə məlumat daxil olub.

Lent.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, aparılan araşdırma zamanı məlum olub ki, 2015-ci il dekabr ayının 30-da və 2016-ci il yanvar ayının 12-də Azərbaycan ərazisinə daxil olan 2 ədəd vaqondakı taxta yükünün "Tikinti Təminat" Ltd MMC tərəfindən tranzit gömrük proseduru altında İran İslam Respublikasına aparılacağı bildirilsə də, vaqonlar Sabirabad rayonu ərazisindəki "Sabir" dəmiryol stansiyasında qeyri-qanuni olaraq boşaldılıb. Gömrükçülər onu da müəyyənləşdiriblər ki, vaqonlardan boşaldılan taxta Sabirabad rayonu ərazisində tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olan Əkbərov Rahib Ağamusa oğluna 14 800 $ qarşılığında satılıb.

Araşdırma zamanı o da məlum olub ki, gömrük ödənişlərindən külli miqdarda yayınmaqla vaqonlardakı 202 kubmetr taxtanın 50 kubmetri sahibkar tərəfindən artıq realizə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.