Dünya

Çexiyada lokdaun olmayacaq, amma məhdudiyyətlər mümkündür

29 Noyabr 2021 21:09
0 Şərh     Baxış: 598
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkədə epidemioloji vəziyyətin pisləşəcəyi təqdirdə Çexiya hökumətinin bəzi məhdudiyyətlər tətbiq edəcəyi istisna olunmur, lakin ölkənin tam lokdaun vəziyyətində olmasından söhbət getmir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çexiya Nazirlər Kabinetinin mətbuat üçün yaydığı məlumatda deyilir. İzah olunur ki, məhdudiyyətlər, ilk növbədə, insanların böyük qruplar şəklində toplanması qaydasına aid edilə bilər.

Ölkənin siyasi partiyaları, o cümlədən müxalifət lokdauna qarşı çıxış ediblər. Onların əksəriyyəti əhalinin kompleks şəkildə testdən keçirilməsi, xəstəliyə yoluxan şəxslərin təmaslarının izlənilməsi sisteminin təkmilləşdirilməsi, çağrı mərkəzlərinə əlavə işçi qüvvəsinin cəlb edilməsi, xəstəxanaların və klinikaların həddən artıq yüklənməməsi məqsədilə pasiyentlərin vaxtlı-vaxtında bölüşdürülməsi məsələlərinə tərəfdar olduqlarını bildiriblər.

Nazirlər Kabineti hesab edirlər ki, böhran vəziyyətinə çatmamaqdan ötrü bütün qaydalara riayət etmək vacibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.