Dünya

“Taliban” qadınların kişilərlə eyni media orqanında işləməsini qadağan edib

29 Noyabr 2021 11:42
0 Şərh     Baxış: 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, "Taliban" hərəkatı tərəfindən təyin edilmiş Əfqanıstanın Bədəxşan əyalətinin hakimiyyət orqanları qadın jurnalistlərin kişi həmkarları ilə eyni media qurumunda işləməsinə qadağa qoyub.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.

Məlumata görə, əyalət hakimiyyəti qadın jurnalistlərə "insanların sıx olduğu yerlərə getməyi və oradan reportaj hazırlamağı" da qadağan edib.

Qeyd edək ki, yerli "TOLO News"  telekanalının məlumatına görə, "Taliban" ölkədə hakimiyyətə gəldikdən sonra 250-dən çox əfqan mediası iqtisadi səbəblər və ya radikalların tətbiq etdiyi məhdudiyyətlər ucbatından bağlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.