Dünya

Dünyaca məşhur azərbaycanlı musiqiçinin qızı Moskvada xəstəxanaya yerləşdirilib

28 Noyabr 2021 13:15
1 Şərh     Baxış: 1 148
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaca məşhur violonçel ifaçısı, dirijor, musiqiçi olmaqla bərabər, ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi, XX əsrin dahi violenç ifaçılarından biri, SSRİ Xalq artisti, Bakıda doğulmuş Mstislav Rostropoviç (27.03.1927 - 27.04.2007) və opera müğənnisi Qalina Vişnevskayanın qızı Olqa Rostropoviç Moskvada xəstəxanaya yerləşdirilib.

Milli.Az bu barədə "Report"a istinadən xəbər verir.

Məlumata görə, qadın evdə yıxılıb. Bu zaman onun barmaqları zədələnib və huşunu itirib. Olqa Rostropoviç xəstəxanaya çatdırılıb, yüksək qan təzyiqi ilə Kardiologiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Olqa Rostropoviç atasının yaratdığı Mədəni və Humanitar Proqramlar Fondunun prezidenti, Vişnevskaya Opera Oxuma Mərkəzinin rəhbəridir. Musiqi və mədəni tədbirlərdə fəal iştirak edir: o, beynəlxalq "Şelkunçik" müsabiqəsinin münsiflər heyətinin üzvü olub, Çaykovski adına XV Beynəlxalq Musiqi Müsabiqəsinin təşkilatçısıdır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.