Dünya

Avropada vaksinasiya olunanları yoluxduran COVID ştamı aşkarlanıb

27 Noyabr 2021 10:54
0 Şərh     Baxış: 770
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belçikada koronavirusun yeni Cənubi Afrika ştamına ilk yoluxma halı aşkarlanıb.

Bu barədə ölkənin səhiyyə naziri Frank Vandenbruk yerli LN24 telekanalına müsahibəsində bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, nazir vurğulayıb ki, bu ştamın "delta"dan daha təhlükəli olduğuna dair tibbi sübutlar kifayət qədər deyil.

Qeyd edək ki, B.1.1.529 ştamı ilə yoluxmuş ilk şəxs bu yaxınlarda Botsvanada tapılıb. O, CAR vətəndaşıdır. Bu günədək yeni ştama ən çox yoluxma halları (77) məhz bu ölkədə aşkarlanıb.

Onu da bildirək ki, B.1.1.529 ştammı üzrə tədqiqatlar hələ ki ilkin mərhələdədir. Alimlərin ilkin rəyinə görə, B.1.1.529 ştammı vaksinasiyanı tam başa vurmuş insanları yoluxdurmaq qabiliyyətinə malikdir. Ancaq bu, yalnız bir ehtimaldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.