Dünya

Yaxın zamanlarda Aİ sərhədlərində giriş-çıxış qaydaları dəyişdirilə bilər

25 Noyabr 2021 17:12
0 Şərh     Baxış: 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın zamanlarda koronavirus infeksiyasının yayılması ilə əlaqədar Avropa İttifaqının sərhədlərində giriş-çıxış qaydaları dəyişdirilə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Aİ-nin səhiyyə məsələləri üzrə komissarı Stella Kiriakides İspaniyanın "La Razon" qəzetinə müsahibəsində deyib.

"Qış çox ağır olacaq. Dekabrda və yanvarda xəstəxanaları böyük yüklənmə gözləyir. Əhalisinin 80 faizdən azı koronavirusa qarşı peyvəndələnən ölkələr infeksiyanın qarşısının alınması üçün ciddi tədbirlər görməli olacaq", - deyə avrokomissar bildirib.

O əlavə edib ki, bir neçə gündən sonra Aİ sərhədlərində giriş-çıxış qaydaları dəyişdiriləcək. O, hansı dəyişikliklərdən söhbət getdiyini açıqlamayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.