Dünya

İqor Korotçenkonun feysbuk səhifəsi yenidən blok edilib

22 Noyabr 2021 14:39
0 Şərh     Baxış: 456

"VMedia" yutub-kanalının "Heç İŞİD terrorçuları da belə şeylər törətməyib" adlı filmini paylaşmış rusiyalı hərbi ekspert, "Nasionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenkonun feysbuk səhifəsi yenidən blok edilib.

Milli.Az Report-a istinadən xəbər verir ki, dünən erməni teleqram-kanalları bu video ilə bağlı fəal şəkildə "dezinformasiya" və "nifrətin təbliği" kimi kütləvi şikayətlər etməyə çağırırdılar. Görünür, onlar öz məqsədlərinə çatıblar.

Bundan belə bir nəticəyə gəlmək olar ki, "Facebook" sosial şəbəkəsi və şəxsən Mark Sukerberq Azərbaycanın həqiqət səsini boğaraq, faktiki olaraq, ermənilərin hərbi cinayətlərini ört-basdır edir. Bu elə bir haldır ki, videonun dilini kontent müəyyən edir. "VMedia" kanalı erməni istifadəçilərin "nifrətin təbliği" kimi tərif edilən ifadələrdən istifadə etmək məcburiyyətindədir. Əslində isə filmin müəllifləri heç kimi ittiham etmir və heç nəyi təbliğ etmirlər, onlar sadəcə "Niyə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalı dövründə beynəlxalq qurumlar Azərbaycan xalqının mədəni-tarixi irsinin dağıdılması haqqında məsələ qaldırmayıblar" sualına cavab tapmağa çalışırlar.

İndi isə başqa bir sual ortaya çıxır: Niyə "Facebook" sosial şəbəkəsi İŞİD ilə müqayisə oluna biləcək və ondan daha betər cinayətkarlar haqqında həqiqətən açılmasına imkan vermir?

Xatırladaq ki, "Heç İŞİD terrorçuları da belə şeylər törətməyib" adlı filimdə erməni işğalçılarının Azərbaycan ərazilərində törətdikləri cinayətlərdən söhbət açılır. Filmdə qəbirləri məhz edən, başqa sözlə desək, ölülərlə savaşan erməni terrorçularının barbarlığının və vəhşiliyinin hətta İŞİD silahlılarını belə arxada qoyduğu qeyd olunur. Filmin müəllifləri UNESCO, dünya ictimaiyyəti və Rusiyanın mədəniyyət xadimlərinin bu cinayətlərə səssiz qalmasının səbəbini soruşurlar.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.