Dünya

Siqareti ən çox bu ölkədə çəkirlər

18 Noyabr 2021 08:43
0 Şərh     Baxış: 1 019
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Statistika Agentliyi siqaretdən istifadəyə görə Aİ ölkələrinin reytinqini açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Aİ ölkələri arasında ən çox siqareti Bolqarıstan vətəndaşları çəkir. Bu ölkədə əhalinin 28,7 faizi tütün məmulatından istifadə edir.

İkinci sırada isə 23,6 faizlə Yunanıstan qərarlaşıb. İlk "üçlüy"ü isə 22,1 faizlə Latviya qapayır.

Almaniya (21,9 faiz) dördüncü, Xorvatiya (21,8 faiz) isə beşincidir.

Aİ ölkələri arasında ən az siqaret çəkənlər isə İsveçdədir (6,4 faiz). Bu reytinqdə Finlandiya 9,9 faizlə ikinci, Lüksemburq isə 10,5 faizlə üçüncüdür. Portuqaliya (11,5 faiz) dördüncü, Danimarka (11,7 faiz) isə reytinq cədvəlində beşinci pillədədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.