Dünya

Miqrantların leqallaşdırılması ticarəti ilə məşğul olan qrup zərərsizləşdirilib

17 Noyabr 2021 10:28
0 Şərh     Baxış: 823
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti qeyri-qanuni miqrantları qeydiyyat şöbələri vasitəsilə leqallaşdıran cinayətkar qrupu zərərsizləşdirib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, cinayətkarlar Mərkəzi, Şimal-Qərb və Volqa federal dairələrində fəaliyyət göstəriblər.

Təhlükəsizlik qüvvələri cinayətkar qrupun 21 təşkilatçısı və fəal üzvünü saxlayıb və yaxın vaxtlarda onların barəsində həbs-qətimkan tədbiri seçiləcək.

İstintaq müəyyən edib ki, cinayətkarlar pul müqabilində digər dövlətlərin vətəndaşlarına qeydiyyat şöbələri vasitəsilə saxta sənədlərin hazırlanmasına, qondarma nikahların bağlanmasına və vətəndaşlıq almaq üçün Rusiya Federasiyasının vətəndaşı olan uşaqların atalığının müəyyən edilməsinə yardım ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.