Dünya

Alnındakı sızanağı sıxan qızın başında şiş yarandı - FOTO

16 Noyabr 2021 12:22
0 Şərh     Baxış: 1 992
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"TikTok" istifadəçisi, rusiyalı bloqer Tasyanın alnındakı sızanaqları sıxmaq cəhdi, sözün həqiqi mənasında başına bəla olub. Belə ki, bu ehtiyatsızlığı onu xəstəxanalıq edib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, gənc qız başına gələnləri özünün sosial media hesabından paylaşıb.

Onun sözlərinə görə, sızanaqları əli ilə sıxan zaman, ordan şəffaf maye axıb və o, bunun əslində çiban olduğunu anlayıb. Hadisədən üç gün sonra isə başında şiş yaranıb. Bloqer xəstəxanaya müraciət etmək məcburiyyətində qalıb. Orada həkimlər onun üçün antibiotiklər və kompres kursu təyin edib. Lakin müalicə zamanı şişkinlik azalmayıb, əksinə göz, burun və alın nahiyəsinə yayılmağa başlayıb. Bununla əlaqədar qızın çibanı cərrahi yolla çıxarılıb. Tasya əməliyyatın məbləğini açıqlamasa da, "çoxlu" pul xərclədiyini qeyd edib.

Hazırda bloqerin vəziyyəti yaxşılaşıb. O, əlavə edib ki, hələ də həb qəbul edir və müalicəvi məlhəmlərdən istifadə edir.

"Ağrımır. Sadəcə alnımda bir dəlik var", - deyə qız sözlərini yekunlaşdırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.