Dünya

Kanadada əlverişsiz hava ciddi fəsadlar törədib

16 Noyabr 2021 08:38
0 Şərh     Baxış: 470
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kanadanın Britaniya Kolumbiyası əyalətində şiddətli leysan infrastruktura ciddi ziyan vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, intensiv yağıntı torpaq sürüşmələrinə səbəb olub.

Minlərlə evin elektrik təchizatı kəsilib, avtomobillər yollarda qalıb, neft kəmərlərinin fəaliyyəti dayandırılıb. Nəqliyyat nazirliyi bildirir ki, torpaq sürüşmələrinə görə yüzdən çox avtomobil yollarda qalıb. Yolda qalan 300-dək sərnişinin arasında uşaqlar üstünlük təşkil edir. Xəstəxanalara ondan çox yaralı gətirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.