Astronomlar ilk dəfə Saman yolu qalaktikasının xaricində yeni qara dəlik aşkar ediblər.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, kəşf edilən qara dəlik Saman yolu ilə qonşu olan "Böyük Magellan Buludu"ndakı ulduz topası NGC 1850-nin içərisində tapılıb.
"Monthly Notices of the Royal Astronomical Society" jurnalında dərc edilən araşdırmaya görə, yeni kəşf edilən qara dəlik 160 min işıq ili uzaqda yerləşir.
Milli.Az