Dünya

Dünyanın “ən sağlam yeməyi”nin müəlifi 45 yaşında qəflətən öldü - FOTO

14 Noyabr 2021 14:52
0 Şərh     Baxış: 1 135
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Dünyanın ən sağlam yeməyi"ni yaradan və düzgün qidalanmağı təbliğ edən məşhur britaniyalı aşpaz Qurparit Beyns qəfil vəfat edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 45 yaşlı qurman infarkt keçirdiyi üçün xəstəxanaya yerləşdirilib.

O, sonradan özünə gəlsə də, ürək və böyrək fəsadlarından ölüb.

Beynsin sağlam qidaya marağı sürətlə kökəlməyə başlayanda yaranıb. Kulinariya mütəxəssisi 2009-cu ildə "dünyanın ən sağlam yeməyi" ilə (karri və qaragilə ilə toyuq resepti) şöhrət qazanıb.

O, bir sıra superərzaq kitablarının müəllifidir. Onun 2010-cu ildə buraxılmış ilk yemək kitabı - "Indian Superfood" kitabı bestseller oldu. Bundan əlavə, Beyns 2011-ci ildə ilk "English Curry Awards" mükafat təqdimetmə mərasimində "İlin Baş aşpazı" seçilmişdi.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.