Dünya

Yeni virus dəhşəti - Cinsi əlaqə yolu ilə yayılır

9 Noyabr 2021 16:54
0 Şərh     Baxış: 3 483
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın Uttar Pradeş ştatında 89 nəfərdə yeni, "Zika" virusu aşkarlanıb.

Milli.Az modern.az-a istinadən bildirir ki, 17-si uşaq olmaqla 89 nəfərin "Zika" testi müsbət çıxıb. Epidemiyanın yayılmasının qarşısını almaq üçün bölgədə qruplar təyin edilib.

Ərazidəki səhiyyə rəsmiləri Kanpur şəhərində ilk yoluxmanın oktyabrın 23-də aşkarlandığını və o zamandan artdığı bildirilir.

"Zika" virusu insanlara ağcaqanad dişləməsi, qan və cinsi əlaqə yolu ilə keçir.

Virusa yoluxan şəxslərdə ilk olaraq qızdırma, gözlərdə qızartı, qusma, səpgi, baş ağrısı, əzələ və oynaq ağrıları kimi simptomları olur. Xəstəliyin xüsusi müalicəsi və ya profilaktik peyvəndi yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.