Dünya

Rusiyada kənd məktəbi canavarlara görə distant təhsilə keçib

9 Noyabr 2021 08:47
0 Şərh     Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində Sovetski rayonunun Zelenoborsk kənd məktəbi distant təhsilə keçməyə məcbur olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, buna səbəb məktəbin ətrafında canavarların görünməsi olub.

Məktəb direktoru Olqa Kaluqina faktı təsdiqləyib: "Kənddə bəzi valideynlər hətta gündüzlər də kənddə canavarların görünməsi səbəbindən övladlarını distant təhsilə keçirmək üçün ərizələr yazıblar. Vəziyyət təhlükəlidir, mən hər zaman canavarların izlərini görürəm, evin ətrafında da gəzirlər. Valideynlərin ifadələrinə anlayışla yanaşırıq, bizim üçün əsas şey uşaqların təhlükəsizliyidir. Narahatlığımı həm kənd icra nümayəndəsinə, həm də təhsil şöbəsinə bildirdim. Ümid edirəm ki, tezliklə müvafiq tədbir görüləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.