Dünya

Saakaşvili klinikanın əməkdaşlarını təhqir edib

9 Noyabr 2021 08:58
0 Şərh     Baxış: 1 085
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Uzun müddət aclıq aksiyasından sonra həbsxana xəstəxanasına köçürülən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tibb işçilərini təhqir edib və bahalı avadanlıqları zədələyib".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

"Mixail Saakaşvili 18 saylı müəssisəyə yerləşdirildikdən sonra o, penitensiar müəssisənin əməkdaşlarını fiziki formada və sözlərlə təhqir edib, həmçinin bahalı tibbi avadanlıqları zədələyib", - deyə nazirliyin məlumatında qeyd edilir.

O da bildirilir ki, Baş Müfəttişlik bu faktla bağlı araşdırmalara başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.