Dünya

Apple şirkətinin bu cihazı çox güclü və bahalı olacaq

7 Noyabr 2021 19:25
0 Şərh     Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bloomberg saytının nüfuzlu jurnalisti və insayderi olan Mark Gurman Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində yeni məlumatlar verib. Onun sözlərinə əsasən Apple qarışıq reallıq eynəyinin anonsunu gələn il edəcək. İnsayder bildirib ki, sözügedən cihaz olduqca baha qiymətə satılacaq. Bununla yanaşı onun sözlərinə əsasən şirkətin qarışıq reallıq cihazında təkmilləşdirilmiş çiplər, ekranlar və sensorlar istifadə ediləcək. Həmçinin qarışıq reallıq cihazı virtual avatarlar əsasında hansısa maraqlı funksiyanı dəstəkləyəcək.

Milli.Az fins.az-a istinadən bildirir ki, söhbətin hansı funksiyadan getdiyi barəsində məlumatı insayder təqdim etməyib. İnsayder qeyd edib ki, cihaz özündə həm virtual həm də artırılmış reallığı birləşdirəcək. Məlumata əsasən virtual reallıq bu cihazın oyun potensialı üçün çox vacib olacaq. Belə ki, Apple şirkətinin bu cihazı yüksək keyfiyyətli qrafikə sahib oyunlara daxil olmağa imkan verəcək. Buna görə də qarışıq realıq cihazı güclü prosessora və keyfiyyətli ekranlara sahib olacaq. Mark Gurman-ın sözlərinə əsasən bir neçə ildən sonra isə Apple tamamilə artırılmış reallığa hədəflənmiş cihazı satışa çıxardacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.