Dünya

Çində koronavirusa yoluxma halları yenidən artır

3 Noyabr 2021 15:46
0 Şərh     Baxış: 637
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində koronavirusa yoluxma halları artmağa başlayıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ötən sutka Çində COVID-19-a ölkədaxili 93 yeni yoluxma faktı qeydə alınıb.

Son sutka ərzində ümumi yoluxma halının 35-i Heihe şəhərində qeydə alınıb. Bu şəhəri Rusiyanın Blaqoveşenks şəhəri ilə Amur çayı ayırır.

Qeyd edək ki, noyabrın 1-i Çində 54, oktyabrın 31-i 59, oktyabrın 30-u isə 48 yeni yoluxma faktı qeydə alınıb. Ümumilikdə isə Çində ölkədaxili yoluxma halları oktyabrın 17-dən başlayaraq artmağa başlayıb.

ÇİN KİV-i qeyd edir ki, ölkə rəhbərliyinin tətbiq etdiyi sərt məhdudiyətlərə baxmayaraq yeni halların coğrafiyası genişlənir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.