Dünya

İranın yanacaq sistemini bu ölkələr çökdürüb

31 Oktyabr 2021 17:22
0 Şərh     Baxış: 1 382
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İranın yanacaq sisteminə kiberhücumun arxasında ABŞ və İsrail dayanır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran Mülki Müdafiə Təşkilatının rəhbəri, briqada generalı Qulam Rza Cəlali deyib.

O bildirib ki, bundan öncə dəmiryol şirkətinə, ötən həftə isə yanacaq satışı sisteminə hücumun ABŞ və İsrail tərəfindən gerçəkləşdirildiyi araşdırmalarla təsdiqlənib.

Qeyd edək ki, iyunda Buşəhr AES-ə, iyulda Dövlət Dəmiryol Şirkətinə, 27 oktyabrda isə benzin satışı sisteminə kiberhücum həyata keçirilib.

Son hücum nəticəsində benzin satışı sistemi tam çökmüş və satış dayanmışdı.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.