Dünya

Ukrayna sərt karantinə keçir

29 Oktyabr 2021 21:45
0 Şərh     Baxış: 572
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın paytaxtı Kiyevdə gücləndirilmiş karantin məhdudiyyətləri tətbiq ediləcək.

Milli.Az xəbər verir ki, bu barədə Kiyev meri Vitaliy Kliçko bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, koronavirusla bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar noyabrın 1-dən şəhərdə sərt karantin məhdudiyyətləri tətbiq olunacaq.

Belə ki, yalnız peyvənd olunmuş və ya PCR testi mənfi olanlara işə və ictimai yerlərə getməyə icazə veriləcək.

Yalnız peyvənd edilmiş və ya test vermiş valideynlərin uşaqları izdihamlı yerlərə gedə bilərlər.

İctimai nəqliyyatda yalnız peyvənd edilmiş və ya mənfi PCR testi olanlar istifadə edə biləcək. Yoxlama hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılacaq. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.